Rövnəq Abdullayev “Baker Hughes GE” şirkətinin rəhbəri ilə görüşüb

11:37 - 4.07.2019


4 iyul, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Baker Hughes GE” şirkətinin sədri, prezidenti və Baş icraçı direktoru Lorenzo Simonellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan verilən məlumata görə, görüşdə şirkətlər arasında mövcud əməkdaşlığın gemişləndirilməsi, SOCAR tərəfindən istismar edilən yataqlarda hasilatın artırılması, köhnə quyularda hasilatın bərpası, yeni layihələrdə sualtı texnologiyaların tətbiqi və sair ilə əlaqədar müasir rəqəmsal texnologiyaların istifadəsi üçün daha dayanıqlı əməkdaşlıq modeli ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə “Baker Hughes”in SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığına toxunulub, Azərbaycanda yüksək səviyyəli kadrların hazırlanmasında bu əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Bütün xəbərlər