Palata daha bir şirkəti cərimələdi

11:40 - 4.07.2019


4 iyul, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası “Kontinent İnşaat” MMC barəsində inzibati protokol tərtib edib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta avans yolu ilə ödənilən valyuta vəsaitinin müqabilində müəyyən edilən müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilən valyuta vəsaitinin xaricdən geri qaytarılmaması səbəbindən cərimələnib.

Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan “Kontinent İnşaat” MMC tikinti işlərini həyata keçirir.

 

Bütün xəbərlər