KATV1 Amediateka.ru platformasın Azərbaycandakı rəsmi tərəfdaşı oldu

14:02 - 5.12.2017


Bakutel 2017 beynəlxalq sərginin ərəfəsində ölkənin aparıcı kabel televiziya operatoru KATV1 və MDB-nin aparıcı teleşirkətlərindən biri olan Amediateka.ru platforması rəsmi tərəfdaşlıq haqqında razılaşma imzaladılar.

Razılaşma əsasən istifadəçilər peşəkar səviyyədə rus dilinə tərcümə edilmiş minlərlə məşhur film və seriallara çıxışı təmin olunacaq!

KATV1 və Amediateka.ru arasındakı bu rəsmi tərəfdaşlıq çərçivəsində film və serialların izlənilməsi www.kinoserial.az və müvafiq mobil platforman üzərindən təqdim edəcək.

Bundan əlavə, razılaşmaya əsasən KATV1 şirkəti Amediateka.ru platformasında təqdim edilən ən baxımlı serialları Azərbaycan dilinə dublyaj olunmasını da təmin edəcək.

6 dekabr tarizində, saat 11:00, BMM-də keçirilən platforma təqdimatına dəvət edirik! Təqdimat zamanı həmçinin Amediateka ilə film və TV şoularını 30 gün açıq abunə ilə izləmək üçün giriş kodunu təqdim edəcəyik! Siz eyni kodu həm www.amediateka.ru saytında, həm Amediateka.ru tətbiqetməsini yükləyərək Android və iOS mobil platformalarında, həm də müvafiq tətbiqetməni yükləyərək Smart TV-də istifadə edə bilərsiniz. Bir kod toplam 5 cihazda istifadə oluna bilər. Əlavə etmək lazımdır ki, kino və serialları eyni vaxtda (paralel izləmə) iki müxtəlif cihazda izləmək imkanı var.

“Amediateka”nın ürəyinizcə olacağına ümid edirik!

 

Bütün xəbərlər