330x110
 

“INNOLAND”in rezidentləri 600 min manat yatırım cəlb ediblər

04.07.2019,14:53


4 iyul, Fineko/abc.az. “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 6 ay ərzində toplam 600 min manat yatırım cəlb ediblər. Bunlar Ticketsetup, Nextsale, Vriendly, Qreact, Onepoint, Topla.az, Whelp startaplarıdır.

Adları çəkilən startaplar yerli və xarici investorlardan toplam 600 min manat investisiya cəlb ediblər.

Məlumatda qeyd edilir ki, cəlb olunan investisiyanın 25%-i xarici investorların, qalanı isə yerli investorların payına düşür. Xarici investorlar əsasən Koreya, ABŞ və Almaniyadandırlar.

“INNOLAND”in məqsədləri həm gənc, təşəbbüskar, innovativ insanlara dəstək olmaq, həm də onları xarici bazarlara çıxartmaq, ümumiyyətlə eksport yönümlü innovativ ideyaların təbliğatını təşkil etməkdir.