5 ay ərzində 2019-cu ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi 2,3 dəfə artıb

15:11 - 4.07.2019


4 iyul, Fineko/abc.az. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İran parlamentinin nümayəndələri ilə görüşüb.

Şahin Mustafayev görüşdə bildirib ki, Azərbaycan və İran arasında ticarət dövriyyəsi 2019-cu ilin 5 ayı ərzində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artıb.

“2018-ci ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artımı 75%, cari ilin yanvar-may aylarının nəticələrinə görə isə 2,3 dəfə artıb. Ölkələr arasında ticarət artır, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr həyata keçirilir”, - deyə Şahin Mustafayev bildirib.

O qeyd edib ki, İranın Azərbaycan iqtisadiyyatına ümumi investisiyaları $ 3,4 mlrd. həcmində qiymətləndirilir.

Şahin Mustafayev Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti barədə də danışdı və İran iş adamlarını bu imkanlardan istifadə etməyə dəvət etdi.

Şahin Mustafayev vurğulayıb ki, enerji, sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta biznes, İKT, Ekologiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var.

         

 

Bütün xəbərlər