“ARAZ” supermarketlər şəbəkəsi hər biri 5 milyon avrodan ibarət iki kredit alacaq

15:50 - 4.07.2019


4 iyul, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Almaniyanın DEG investisiya şirkəti Azərbaycanın  aparıcı supermarketlər şəbəkəsinə ticarət və anbar güclərinin genişləndirilməsi üçün hər biri 5 milyon avro kredit ayırıb.

AYİB-in məlumatında deyilir ki, ayrılan vəsaitlər hesabına “ARAZ” supermarketlər şəbəkəsi öz anbar imkanlarını üç dəfədən çox artıra bilər.

AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte bildirib ki, AYİB “ARAZ” supermarketlər şəbəkəsini maliyyələşdirməklə ölkənin sürətlə inkişaf edən pərakəndə sektorunu dəstəkləyir.

“Müasir pərakəndə əməliyyatlar yerli istehsalçılar üçün bir stimuldur və qiymətlərin şəffaflığını, ərzaq məhsullarının və digər məhsulların keyfiyyətinin və təhlükəsizliyinin daha yüksək standartlarını təmin etməklə, müştərilərə daha çox səmərəlilik gətirir", - deyə o vurğulayıb.

 

Bütün xəbərlər