330x110
 

Neftin qiymətləri fərqli yöndə dəyişir, Azeri Light $65,46 qədər bahalaşdı

05.07.2019,10:07


5 iyul, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı nefti 0,39 (0,6%) bahalaşıb və bir barelə 65,46 dollar təşkil edib.

Cümə axşamı günü, Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,52 dollar (0,81%) enərək bir barelə 63,30 dollar təşkil etmişdir.

Cümə günü Brent neftinin sentyabr fyuçersi saat 9:25-də 0,10 dollar (0,16%) bahalaşaraq 63,40 dollar /barel təşkil edib.

Müstəqillik Günü münasibətilə iyulun 4-də ticarət keçirilməmişdir, WTI-in avqust fyuçersi əvvəlki səviyyədə qalaraq, yəni bir barelə 57,34 dollar təşkil etmişdir.

“WTI” markalı neftin avqust fyuçersi cümə günü saat 9:25-də 0,52 dollar (0,91%) enərək 56,82 dollar / barelə təşkil etmişdir.