330x110
 

Pərviz Şahbazov İtaliya nümayəndə heyətini qəbul edib

08.07.2019,10:27


8 iyul, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Quqlielmo Pikkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İtaliya şirkətlərinin Azərbaycanda çoxşaxəli fəaliyyətinə toxunan Pərviz Şahbazov onların investor kimi fəaliyyətlərini genişləndirməsi, iqtisadiyyatın şaxələndirilməsi prosesində iştirakları üçün imkanların olduğunu bidirib.

Nazir həmçinin İtaliya ilə iqtisadi tərəfdaşlıqda enerji sektorunun vacib rolunu diqqətə çatdıraraq, TAP layihəsinin İtaliya istehlakçıları üçün faydalarından bəhs edib.

“Cənub Qaz Dəhlizi” nin hər iki ölkə üçün əhəmiyyət daşıdığını vurğulayan nazir müavini Quqlielmo Pikki TAP-ın enerji resurlarının şaxələndirilməsində rolunu yüksək qiymətləndirib və layihənin vaxtında başa çatması üçün mövcud dəstəyi diqqətə çatdırıb.