Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslər dayandırıldı

08.07.2019,11:06


8 iyul, Fineko/abc.az. Prezident Vladimir Putinin Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin qadağan olunması barədə Fərmanı iyulun 8-dən qüvvəyə minir.

Bu gündən hər iki ölkənin aviaşirkətləri qarşılıqlı uçuşları dayandırır.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Gürcüstanda olan 4500 yaxın rusiyalı turist təyyarə biletini dəyişməkdən imtina edib. Onların tranzit yolla Rusiyaya qayıdacağı ehtimal olunur.

Həmçinin qeyd edilir ki, ilkin hesablamalara görə, Rusiya aviaşirkətləri Gürcüstana uçuşların qadağan olunmasından 3 milyard rubl ziyan çəkəcək.