Azərbaycanda ABŞ dollarının qiyməti endi

16:12 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün növbəti ikitərəfli valyuta hərracında iştirak etdilər.

AMB xəbər verir ki, manatın ortaçəkili məzənnəsi çərşənbə axşamı günü keçirilən  valyuta hərracında 1,7000 səviyyəsində formalaşmışdır.

Daha öncə, noyabrın 30-da  keçirilmiş valyuta hərracında ortaçəkili məzənnə 1,7001 AZN səviyyəsində olmuşdur.

 

 

Bütün xəbərlər