330x110
 

“Naxçıvan İpoteka Fondu”-nda kadr islahatı olub

09.07.2019,12:13


9 iyul, Fineko/abc.az. “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətində kadr islahatı həyata keçirilib.

Belə ki, Novruz Füzuli oğlu Novruzlu “Naxçıvan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin üzvlüyündən azad edilib.

Bu barədə sərəncamı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədri Vasif Talıbov imzalayıb.