Sığorta sektorunda daha bir yeniliyin tətbiqinə başlanılacaq

14:27 - 9.07.2019


9 iyul, Fineko/abc.az. “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın 5.4.1-ci bəndinin icrası ilə əlaqədar olaraq “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin tərkibində maarifləndirmə və təbliğat-təşviqat üzrə strategiyanın hazırlanması üçün yaradılmış işçi qrupunun növbəti iclası keçirilib.

ASA-dan verilən məlumata görə, iclasda sığorta sektorunda maarifləndirmə və təbliğat işlərinin aparılması ilə əlaqədar tədbirlər planı ilə bağlı görüləcək işlər barədə ətraflı müzakirələr aparılıb. Yaradılmış işçi qrupu 4 alt qrupa bölünübr. Hər bir qrup üzrə fəaliyyət istiqamətləri aşağıdakı mövzular üzrə müəyyən olunub:

Sığorta biliklərinin mənimsənilməsi üçün ölkənin bütün təhsil ocaqlarında təlimlərin, forumların və gənclərlə görüşlərin keçirilməsi və sığorta hadisələrinin qarşısının alınmasının stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili. 

Real müştərilərin iştirakı ilə sığortanın vacibliyini, imkanlarını və üstünlüklərini təcəssüm etdirən videoçarxların hazırlanması. Televiziya və Radio yayımlarında sığortanın təşviqi, tematik verlişlərin hazırlanması.

Hamı tərəfindən tanınan və çox izlənilən sosial-aktiv insanların iştirakı ilə sosial mediada sığorta savadının artırılması, müxtəlif müsabiqə və yarışların keçirilməsi.

Bütün xəbərlər