Azərsu tender edir

14:40 - 9.07.2019


9 iyul, Fineko/abc.az. “Azərsu” ASC daxili vəsaiti hesabına akkumulyator batareyalarının, süzgəclərin, əyləc qəliblərinin, yağların və şinlərin satın alınması məqsədilə açıq tender edir.

Tender 5 lot üzrə keçirilir.

Lot- 1. Akkumulyator batareyalarının satın alınması.

Lot -2. Süzgəclərin satın alınması.

Lot -3. Əyləc qəliblərinin satın alınması.

Lot -4. Yağların satın alınması.

Lot -5. Şinlərin satın alınması.

Elanda qeyd olunur ki , iddiaçılar tenderdə iştirak üçün  sənədləri 29 iyul 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 6 avqust 2019-cu il saat 16.00-a qədər təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Ağaəli Mirzəyev,

Telefon: (99412) 431 47 67/2246

email : [email protected]

Ünvan: Bakı , Moskva prospekti 67,

Bütün xəbərlər