Bu il təbii qazla təmin olunan abonentlərin sayı 2 milyonu keçib

15:24 - 9.07.2019


9 iyul, Fineko/abc.az. “Azəriqaz” İstehsalat Birliyindən bildirilir ki, cari ilin yanvar-iyun aylarında birlikdə əhali sektoru üzrə 47 min 596 yeni abonent qeydiyyata alınıb. Bunun da 24 min 670-i Bakı, Abşeron və Sumqayıt, 22 min 926-sı isə regionlar üzrədir.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 231 min 222-yə çatıb.

Bütün xəbərlər