İsmayıllıda sahibkarlara güzəştli kredit verilib

16:10 - 9.07.2019


9 iyul, Fineko/abc.az. İyulun 9-da İsmayıllıda işgüzar forum keçirilib.

Forumda çıxış edən, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov  bu ilin ötən dövründə 545 sahibkarın ümumi dəyəri 182 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 50,1 milyon manat güzəştli kredit verildiyini bildirib.

O qeyd edib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-dək iş yerinin yaradılmasına imkan verir.

İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda 28 sahibkara 476 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək.

Ümumilikdə isə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1969 investisiya layihəsinin maliyyələşdirilməsinə 73,4 milyon manat güzəştli kredit verilib.

 

Bütün xəbərlər