330x110
 

Dövlət Turizm Agentliyi tender elan edir

09.07.2019,17:02


9 iyul, Fineko/abc.az. Dövlət Turizm Agentliyi Koreya Respublikasındakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı xidmətlərin satın alınması üçün açıq tender elan edir.

Açıq tenderdə piar araşdırması və strategiyası, media əlaqələri, eləcə də media məhsullarının təhlükəsizliyi, sosial media, tərcümə xidmətləri, press relizlərin hazırlanması, monitorinq, hesabat, tədbirlərin təşkili, piar şəbəkə fəaliyyəti, məlumat bazasının hazırlanması, elektron marketinq, Azərbaycanın yerli turizm sənayesi ilə bağlı məlumatların vaxtaşırı yenilənməsi və digər işlərin görülməsi sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi iştirak edə bilər.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 24 iyul 2019-cu il saat 17.00-dək, tender təklifini və təklifin bank təminatını isə 6 avqust 2019-cu il saat 17.00-dək  təqdim etməlidirlər.

Telefon- (994 12) 5058704 (əlavə 2303); faks: (994 12) 4920592

Ünvan :Bakı, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə