Azərbaycan nefti ucuzlaşıb

10:02 - 10.07.2019


10 iyul, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı nefti 0,77 (1,16%) enib və bir barelə 65,78 dollar təşkil edib.

Azeri Light markalı neftdən fərqli olaraq, etalon markalı neft bahalaşır, Brent bir barelə 64,8 dollardan yuxarı ticarət edilir.

Çərşənbə axşamı günü, Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,05 dollar (0,08%) qalxaraq bir barelə 64,16 dollar təşkil etmişdir.

Çərşənbə günü Brent neftinin sentyabr fyuçersi saat 9:10-da 0,65 dollar (1,01%) bahalaşaraq 64,81 dollar /barel təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyulun 9-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 0,17 dollar (0,29%) qalxaraq bir barelə $57,83 təşkil etmişdir. 

 “WTI” markalı neftin avqust fyuçersi çərşənbə günü saat 9:10-da 0,80 dollar (1,38%) qalxaraq 58,63 dollar / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər