Şamaxıda "KOB Dostu" fəaliyyətə başlayır

10.07.2019,11:57


10 iyul, Fineko/abc.az. İyulun 10-da Şamaxıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB Dostu" fəaliyyətə başlayır.

Bu barədə KOBİA məlumat verib.

Hazırda KOB dostları ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərir və ətraf rayonlardan olan sahibkarlar da onların xidmətlərindən istifadə edə bilər. KOB dostlarının fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəldilib. Bu məqsədlə potensial investisiya layihələri müəyyən edilir və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunur.

KOB dostlarının fəaliyyətinin daha bir mühüm istiqaməti sorğu və monitorinqlərin həyata keçirilməsidir. Sahibkarlarla sıx əlaqədə olan KOB dostları onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənir. Eyni zamanda, KOB dostları vasitəsilə yerlərdə KOB-lara göstərilən xidmətlərin monitorinqi aparılır.