IBM “Red Hat”ə sahib oldu

12:35 - 10.07.2019


10 iyul, Fineko/abc.az. Kompüter xidmətlərinin iri dünya təchizatçısı International Business Machines Corp.  (IBM) “Red Hat” proqram təminatı tərtibatçısının satın alınmasını tamamladı.

9 iyul, çərşənbə axşamı günü, IBM, “Red Hat”ı 34 milyard dollarlıq satın alınması üzrə əməliyyatın bağlanılmasını açıqladı. IBM, tarixində ən böyük alış-verişin köməyi ilə, hibrid həllərə diqqət yetirərək bulud biznesini gücləndirə biləcək.

IBM və “Red Hat”ın birləşməsi haqqında 2018-ci ilin oktyabr ayının sonunda elan edilmişdi. Şirkətlər razılaşma bağlamışlar və onun şərtlərinə görə, IBM hər bir Red Hat səhmi üçün öz vəsaitlərindən 190 dollar ödəyib ki, bu da tarixi elandan bir gün əvvəl kotirovkaların dərəcəsindən 60% çoxdur.

IBM-in məlumatına görə, Red Hat hələ də baş icraçı direktoru Cim Uaytherst tərəfindən idarə olunacaq, sonuncu isə IBM-in baş icraçı direktoru Cinni Romettinin tabeçiliyi altında olacaq.

Red Hat qərargahı Roli şəhərində (Şimali Karolina əyalətinin inzibati mərkəzi) qalacaq.

Red Hat əldə edildikdən sonra, bulud biznesinə, 2013-cü ildəki 4% göstəricisinə qarşı, IBM-in gəlirlərinin təxminən dörddə bir hissəsi düşəcək.

Fevral ayında başa çatmış maliyyə ilinin yekunları üzrə Red Hat-ın mədaxili 15% artaraq 3,4 milyard dollar təşkil edib, həmçinin mart-aprel aylarında 15% artaraq 934 milyon dollara çatıb.

Son on iki ay ərzində IBM-in kapitallaşdırılması 3,9% azalıb, lakin cari ilin əvvəlindən bu rəqəm 22,6% kəskin artıb və hazırda, təxminən 124,6 milyard dollar təşkil edir.

Red Hat-ın proqnozlarına görə, Red Hat Enterprise Linux əməliyyat sistemi dünyanın müxtəlif şirkətlərinin 2019-cu ildə ümumi gəlirinin $10 trilyon-dan çox əldə edilməsinə kömək edəcəkdir. 2023-cü ilə qədər dünyada Red Hat texnologiyaları ilə bağlı 640 min iş yerinin yaradılacağı gözlənilir.

IBM, Red Hat, Amazon Web Services, Microsoft Azure, Google Cloud və Alibaba kimi böyük bulud xidmətləri təchizatçıları ilə birlikdə tərəfdaşlıq əlaqələrini qurmağa və genişləndirməyə davam edəcəyini qeyd etdi.

 

Bütün xəbərlər