Ölkədə muzdla çalışan işçilərin sayı artıb

14:36 - 10.07.2019


10 iyul, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən verilən mılumata görə, cari ilin iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % artaraq 1 milyon 590,7 min nəfər olub.

Qeyd olunur ki, onlardan 898 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 692,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərdən 21 % təhsil, 18,4 % ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1 % sənaye, 8,4 % əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 % tikinti, 6,9 % dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 % nəqliyyat və anbar təsərrüfatı, 3,4 % peşə, elmi və texniki fəaliyyət, 3,1 % kənd təsərrüfatı, 1,6 % maliyyə və sığorta fəaliyyəti, 12,3 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bütün xəbərlər