Bankların hər 500 avro qəbuluna komisiyon haqqı tutmasına ekspertdən münasibət

14:40 - 10.07.2019


10 iyul, Fineko/abc.az. Bankların heç bir iqtisadi əsas olmadan hər 500 avronun qəbuluna 1 faizlik komisiyon haqqı tutması sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır.

Bu sözləri iqitisadçı ekspert Vüqar Bayramlı deyib.

Onun sözlərinə görə, bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər: "Əslində belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir".

Bütün xəbərlər