330x110
 

Ukrayna I yarımildə Azərbaycandan 160 mln. dollarlıq xam neft idxal edib

10.07.2019,15:36


10 iyul, Fineko/abc.az. 2019-cu ilin 6 ayı ərzində Azərbaycan Ukraynaya 159,99 mln. ABŞ dolları dəyərində xam neft ixrac edib, bu isə ilin 6 ayı ərzində idxal etdiyi neftin 96,83%-nə bərabərdir.

Ukraynanın əsas neft idxalçısı “Ukrtatnafta” şirkəti olub ki, onun da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan neftinin tədarükü ilə bağlı uzunmüddətli müqaviləsi mövcuddur.

Bu ilin ilk yarım ilində Ukrayna ümumilikdə neft idxalını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 23,2% və ya 96,8 min ton azaldaraq 319,698 min tona çatdırıb. Məbləğ nisbətində

Ukraynanın idxal etdiyi neftin dəyəri 165,2 mln. dolları təşkil edib ki, bu da 2018-ci ilin ilk yarım ili ilə müqayisədə 27,3% azdır.

İlk yarımildə Ukrayna Qazaxıstandan 2,596 mın. dollar (1,57%), Latviyadan 2,321 mln. dollar (1,4%), digər ölkələrdən isə 0,327 mln. dollar (0,2%) məbləğində neft idxal edib.

2018-ci il ərzində Ukrayna ümumilikdə dəyəri 431,7 mln. dollar təşkil edən 766,8 min ton həcmində neft idxal edib.