“Türk Hava Yolları” Bakı-Antalya-Bakı istiqamətində endirim kampaniyasına start verir

15:40 - 10.07.2019


10 iyul, Fineko/abc.az. “Türk Hava Yolları” biznes sinif üçün yeni endirim kampaniyasına başlayıb. Kampaniya çərçivəsində təqdim olunan endirimə əsasən, Bakı-Antalya-Bakı istiqamətində birbaşa uçuşların biznes sinif üçün bilet qiyməti vergilər daxil olmaqla, gediş-dönüş üçün 699 EUR, bir istiqamətdə (OW) isə 399 EUR təşkil edir. Bakı-Antalya-Bakı istiqamətində reyslər gündəlik rejimdə baş tutur. Təyyarələrin yerli vaxt ilə uçuş saatları aşağıdakı kimidir:

Bakı-Antalya 05:15-7:25

Antalya-Bakı  00:05-3:50

Kampaniya biletlərinin satış müddəti 31 iyul 2019-cu il tarixinə qədərdir.

 

 

Bütün xəbərlər