AMB-nin qısamüddətli notlarına dair müraciətlərin məbləği 1 mlrd. manata yaxınlaşıb

16:49 - 10.07.2019


10 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirmişdir.

Bakı Fond Birjası xəbər verir ki, iyulun 10-da AMB hərracda AMB 50101176S nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətə qısamüddətli notlar təklif etmişdi.

16 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 939,911,400.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4966 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat olmuşdur.

Notların ödəmə tarixi: 7 avqust 2019-cu il.

          

 

Bütün xəbərlər