Neftin qiymətləri kəskin artıb, Azeri Light-ın qiyməti bir barelə 68 dolları ötdü

11.07.2019,10:08


11 iyul, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı nefti 2,33 (3,54%) yüksəlib və bir barelə 68,11 dollar təşkil edib.

Neftin etalon markalı cümə axşamı günü keçirilən ticarətdə artmaqda davam edir.

WTI kotirovkaları bir barelə 60 dollardan yuxarı səviyyə ilə günü başa vurdu və may ayından etibarən ilk dəfə 7 ayın maksimum səviyyəsinə çatdı.

Çərşənbə günü, Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 2,85 dollar (4,44%) kəskin qalxaraq bir barelə 67,01 dollar təşkil etmişdir.

Cümə axşamı günü Brent neftinin sentyabr fyuçersi saat 9:25-də 0,12 dollar (0,18%) bahalaşaraq 67,13 dollar /barel təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyulun 10-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 2,60 dollar (4,5%) kəskin qalxaraq bir barelə $60,43 təşkil etmişdir. 

 “WTI” markalı neftin avqust fyuçersi cümə axşamı günü saat 9:25-də 0,16 dollar (0,26%) qalxaraq 60,59 dollar / barelə təşkil etmişdir.