Bank Avrasiyanın aktivləri artıb

11.07.2019,10:48


11 İyul, Fineko/abc.az. 30 İyun 2019-cu il tarixində “Bank Avrasiya” ASC 195 milyon 897 min manat cəmi aktivlərə malik olub.

Bu statistik rəqəmlər bankın açıqladığı hesabatda yer alıb.

Hesabata əsasən bu, ötən ilin eyni tarixi ilə müqayisədə 26 milyon 453 min manat və ya 15,6% çoxdur. 2018-ci ilin sonu ilə müqayisədə isə Bankın aktivləri 28 milyon 260 min manat və ya 16,8% artıb.