Bakı-Sankt-Peterburq-Bakı yeni aviareysi açılır

11.07.2019,12:16


11 iyul, Fineko/abc.az. İyulun 25-dən Rusiyanın “Smartavia” aviaşirkəti (aviaşirkətin ticarət markası “Nordavia”) Bakı-Sankt-Peterburq-Bakı birbaşa reyslərinə başlayır.

Bu barədə aviaşirkətin internet səhifəsində bildirilir.

Qeyd olunur ki, bir istiqamət üzrə aviabiletlərin qiyməti 8830 rubldan (təxminən 235-237 manat) başlayır. Uçuşlar həftədə 2 dəfə - cümə axşamı və şənbə günləri “Boeing 737-700” təyyarələri ilə yerinə yetiriləcək.