Şahin Mustafayev: Fransa şirkətləri Azərbaycana 2,2 mlrd. dollar investisiya yatırıb

12:24 - 11.07.2019


11 iyul, Fineko/abc.az. Bu gün Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilir.

Forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bu vaxtadək Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycan isə bu ölkəyə 2,6 milyard dollar investisiya yatırıldığını bildirib.

O qeyd edib ki, ölkəmizdə 45 Fransa şirkəti fəaliyyət göstərir. Fransa şirkətləri ölkə büdcəsindən həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan 34 layihədə podratçı qismində iştirak edib.

Nazir həmçinin cıxışı zamanı bildirib ki, cari ilin ilk 5 ayında Azərbaycanla Fransanın ticarət dövriyyəsi 53% artıb. Fransanın Cənubi Qafqaz üzrə ticarət dövriyyəsinin 62,4 %-i Azərbaycanın payına düşür.

Bütün xəbərlər