Mikayıl Cabbarov Azərbaycanın vergilər naziri təyin edildi

17:12 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Mikayıl Cabbarov vergilər naziri təyin edildi.

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı günü  müvafiq sərəncam imzaladı. Bu haqda dövlət başçısının saytında xəbər verilib.

Digər sərəncama əsasən, M.Cabbarov təhsil naziri vəzifəsindən azad olundu.

 

Bütün xəbərlər