KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti Anlaşma Memorandumu imzalayıb

11.07.2019,14:37


11 iyul, Fineko/abc.az. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Ernst & Yanq Holdinqs” şirkətinin ölkəmizdəki filialı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan verilən məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Ernst & Yanq Holdinqs” şirkətinin Azərbaycandakı filialının rəhbəri İlqar Vəliyev imzalayıb.

Memoranduma kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün innovativ təşəbbüslərin həyata keçirilməsi, sahibkarların maarifləndirilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, o cümlədən “Ernst & Yanq Holdinqs”in “Wavespace” proqramının agentlikdə tətbiqi, “Entrepreneur of the year” və “Entrepreneurial Winning Women” tədbirlərinin birgə təşkili kimi istiqamətlərdə qarşılıqlı əməkdaşlıq daxildir.