330x110
 

Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna ali audit qurumları anlaşma memorandumu imzalayıblar

11.07.2019,16:12


11 iyul, Fineko/abc.az. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə iyulun 11-də Tbilisidə “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün “Şərq tərəfdaşlığı” ölkələrinin ali audit qurumlarının potensialının gücləndirilməsi” layihəsinin açılış toplantısı keçirilib.

Hesablama Palatasınından bildirilib ki, toplantıda palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.

Almaniya Beynəlxalq İnkişaf Təşkilatının “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün “Şərq tərəfdaşlığı” ölkələrinin ali audit qurumlarının potensialının gücləndirilməsi” adlı layihəsi “Şərq tərəfdaşlığı” ölkələri arasında qanunvericilik bazası, maliyyə, uyğunluq və səmərəlilik auditi metodologiyaları sahəsində görüşlərin, seminarların, təlimlərin və ali audit qurumlarının əməkdaşlarının təcrübə mübadilələrinin, habelə paralel səmərəlilik auditlərinin aparılmasını nəzərdə tutur.

Tədbirin sonunda qeyd edilən istiqamətlərdə əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna ali audit qurumlarının nümayəndə heyətlərinin rəhbərləri birgə anlaşma memorandumu imzalayıblar.