![]() |
|
![]() |
11.07.2019,16:24
11 iyul, Fineko/abc.az. İyulun 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
SOCAR-dan verilən məlumata görə, görüşdə Rövnəq Abdullayev SOCAR ilə Fransa şirkətləri arasında yaranmış uzunmüddətli və səmərəli əməkdaşlığın uğurlarından, MEDEF-in nümayəndə heyətinin bu səfərindən sonra Fransa sahibkarları ilə əlaqələrin daha da genişlənəcəyinə əmin olduöundan danışmışdır.
MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö MEDEF üzvü olan şirkətlərin enerji sektorunda əldə etdikləri nailiyyətlərdən danışaraq, görüşdə iştirak edən Fransa şirkətlərinin Azərbaycanla daha çox qeyri-neft sektoru üzrə-informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, turizm kimi sahələrdə əlaqələrin qurulmasında maraqlı olduqlarını nəzərə çatdırmışdır.
Jofrua Ru de Beziö xarici şirkətlərin Azərbaycanda uğurla çalışmaları üçün ölkəmizdə əlverişli şərait yaradıldığını bildiklərini vurğulamışdır.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi üzrə yeni istiqamətlər müəyyənləşdirilib
24.02.2021,16:55
04 Mart 2021 | 17:31
04 Mart 2021 | 17:05
04 Mart 2021 | 17:04
04 Mart 2021 | 16:55
04 Mart 2021 | 16:47
04 Mart 2021 | 16:41
04 Mart 2021 | 16:29
04 Mart 2021 | 16:11
04 Mart 2021 | 16:05
04 Mart 2021 | 15:17
04 Mart 2021 | 14:57
04 Mart 2021 | 14:46
04 Mart 2021 | 14:29
04 Mart 2021 | 14:14
04 Mart 2021 | 13:16
03 Mart 2021 | 11:11
03 Mart 2021 | 11:25
03 Mart 2021 | 10:48
03 Mart 2021 | 17:06
03 Mart 2021 | 16:48
03 Mart 2021 | 10:37
03 Mart 2021 | 15:57
03 Mart 2021 | 14:27
03 Mart 2021 | 16:20
03 Mart 2021 | 14:41