"Azərbaycan Sənaye Bankı" 2018-ci ili mənfəətlə başa vurub

12:14 - 12.07.2019


12 iyul, Fineko/abc.az. 2018-ci il ərzində "Azərbaycan Sənaye Bankı" ASC-nin işçilərinin sayı 11 nəfər artıb.

Bu statistik məlumat bankın illik hesabatında açıqlanıb. Belə ki, 2017-ci ilin sonunda 106 nəfər işçisi olmuş bankın, 2018-ci ilin sonunda işçi sayı 117 nəfər təşkil edib.

Qeyd edək ki, "Azərbaycan Sənaye Bankı" ASC 2018-ci ildə kiçilib. 2017-ci ilin sonunda 937 milyon manat təşkil etmiş cəmi aktivlər 2018-ci ilin sonunadək 815 milyon manata düşüb. Bankın müştərilərə verdiyi cəmi kreditlər 290 milyon manatdan 277 milyon manata geriləyib.

 "Azərbaycan Sənaye Bankı" 2018-ci ili 1 milyon 850 min manat xalis mənfəət ilə başa vurub, bu 2017-ci illə müqayisədə 2,3 dəfə azadır.

 

 

Bütün xəbərlər