Bakı Fond Birjasının dövriyyəsi azalıb

12:54 - 12.07.2019


12 iyul, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyun aylarında Bakı Fond Birjasının (BFB) dövriyyəsi 883 618 058,5 manat təşkil edib, 2018-ci ilin yanvar-iyun aylarında isə bu göstərici 11 728 182 930,28 manat  təşkil edib.

BFB hesabatında deyildiyi kimi, ötən il ilə müqayisədə Fond Birjasının dövriyyəsi 24,3% azalıb.

“Əməliyyatların sayı 60 264-dan 31 531-ə enib. Dövlət qiymətli kağızları ilə sövdələşmələrə 6 655 998 325,17 manat (10,8% artım), o cümlədən Maliyyə Nazirliyinin emissiya etdiyi istiqrazların yerləşdirilməsi 520 460 906,78 manat (artım 11,8%), Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi 6 135 537 418,39 manat (artım 10,7%) təşkil edib», - deyə hesabatda bildirilir.

BFB-nin ümumi dövriyyəsində pay bazarı 1 286 445,28 manat (98,12% və ya 53,3 dəfə düşmə), Qiymətli kağızlar bazarının borc alətləri 301 875 685,10 manat (10,4% azalma) təşkil edib.

Hesabat dövründə repo-əməliyyatların payına 437 802 193,30 manat (6,1% enmə), törəmə alətlər bazarının payına 1 486 655 409,65 manat (69,35% və ya 3,26 dəfə azalma) düşüb.

 

Bütün xəbərlər