AzTV kotirovka sorğusu elan edir

14:32 - 12.07.2019


12 iyul, Fineko/abc.az. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 2019-cu il iyulun 21-27-də keçiriləcək Gənclərin Yay Olimipiya Oyunlarında çəkilişləri həyata keçirəcək texniki heyətin qidalanması məqsədilə kotirovka sorğusu elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 17 iyul 2019-cu il saat 18.00-a qədər təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Əlaqələndirici şəxs Elmar Əliyevdən, telefon- (99412) 537-02-66.

Ünvan: Bakı, M.Hüseyn küçəsi 1.

Bütün xəbərlər