“Fitch” beynəlxalq reytinq agentliyi AFB Bankın reytinqini "B” səviyyəsində təsdiq edib

16:59 - 12.07.2019


12 iyul, Fineko/abc.az. “Fitch” beynəlxalq reytinq agentliyi “AFB Bank” ASC-nin uzunmüddətli defolt reytinqini (EDR) "B” səviyyəsində təsdiq edib.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qurumun reytinq üzrə proqnozu “Sabit”dir.

Qeyd edək ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

© Report

Bütün xəbərlər