Qərb ölkələrindən Türkiyəyə kapital qoyuluşu azalıb

11:31 - 15.07.2019


15 iyul, Fineko/abc.az. Sanksiyalar Türkiyədən kapital axınına səbəb ola bilər.

Bunu iqtisadçı-eskspert Vuqar Bayramov bildirib.

O qeyd edib ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları, xarici valyutaya olan tələbin ödənilməsində çətinlik yaradacaq:"2018-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsində 55 milyard dollarlıq kəsir qeydə alınıb. 223 milyard dollarlıq mal idxal edən qonşu ölkədə ixrac 168 milyard dollar olub. Türkiyə 2018-ci ildə 13,2 milyard dollarlıq birbaşa xarici investisiya cəlb edə bilib. Sadəcə bir faktı qeyd edək ki, SOCAR Türkiyə iqtisadiyyatına son illər bu rəqəmdən çox - 15 milyard dollar sərmayə yönəldib. Qərb ölkələrinin Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunda çəkisi azalsa da, Asiya ölkələrinin töhvəsi 12%-dən 27%-dək yüksəlib".

 

Bütün xəbərlər