“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda ödənişsiz seminar keçiriləcək

12:49 - 15.07.2019


15 iyul, Fineko/abc.az.  Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşəbbüsü və təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarlar üçün19 iyul 2019-cu il, saat 15:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında “Mövcud biznesin inkişafıvə pul axını” mövzusunda ödənişsiz seminar keçiriləcəkdir.

Seminarda iştirak edəcək mikro, kiçik və orta sahibkarlar aşağıdakı istiqamətlər üzrəbilik və bacarıqlar əldə edəcəklər:

  • Biznes təşəbbüslərinin həyata keçirilməsi;
  • Biznes planın tərtibi;
  • Marketinq strategiyasının qurulması;
  • Nağd pul axınının təmin olunması;
  • Mövcud biznesin inkişaf etdirilməsinin digər vasitələri.

Seminarda iştirak edəcək şəxslərdən müvafiq məlumatlarını (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu) qeyd edərək [email protected]email ünvanına göndərməkləri tələb olunur.

Müraciət üçün son tarix: 17 iyul 2019-cu il

Əlaqələndirici şəxs: Gülnar Hüseyn

Telefon: (+99412) 505 00 56, (+99455) 202 43 93

Email:[email protected]

 

Bütün xəbərlər