“Anglo Asian Mining” 2019-cu ilin yanvar-iyun aylarında qızıl hasilatını artırdı

14:39 - 15.07.2019


15 iyul, Fineko/abc.az. 2019-cu ilin 6 ayında Britaniyanın “Anglo Asian Mining” şirkəti 39,905 min unsiya həcmində qiymətli metal hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7% çoxdur.

Şirkətin məlumatında deyilir ki, 2019-cu ilin birinci yarısında “Anglo Asian Mining” tərəfindən 34,394 min unsiya qızıl hasil edilib ki, bu da 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,4% yüksəkdir.

“Həmçinin 2019-cu ilin birinci yarısında 963 ton mis hasil edilib ki, bu da 2018-ci ilin yanvar-iyun göstəricisindən 64,1% çoxdur, 84,586 min unsiya gümüş hasil edilib və bu isə 2018-ci ilin yanvar – iyun ayları ilə müqayisədə 0,3% azdır”, - deyə məlumatda bildirilir.

Şirkətin məlumatında deyilir ki, 2019-cu ilin birinci yarısında “Gədəbəy” yatağından 31,62 min unsiya qızıl hasil edilib ki, bu da 2018-ci ilin altı ayının göstəricisindən 1,1% çoxdur.

“Bu həcmdən dünya bazarlarında şirkət tərəfindən 26,588 min unsiya qızıl satılıb ki, bu da  2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,1% daha yüksəkdir. Satılan qızılın qiyməti bir unsiyaya orta hesabla 1319 dollar təşkil edib”, - deyə məlumatda bildirilir.

Hal-hazırda “Anglo Asian Mining”, “Gədəbəy” müqavilə sahəsindən qiymətli metalların hasilatını həyata keçirir. Hasilat, iki açıq “Gədəbəy” və “Uğur” mədənindən və bir yeraltı “Qədir” mədənindən aparılır.

 

Bütün xəbərlər