Ölkənin ümumi daxili məhsulu 2,4 % artıb

14:55 - 15.07.2019


15 iyul, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, bu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 % artaraq 37 milyard 825,2 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən ÜDM isə 3828,1 manata bərabər olub.

Qeyd olunur ki, ÜDM istehsalının 44,6 % sənayenin, 9,9 % ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 % nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 % tikintinin, 5,6 % kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 % turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 % informasiya və rabitə sahələrinin, 14,5 % isə digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9 %-ni təşkil edib.

Bildirilir ki, hesabat dövründə informasiya və rabitə sahələrində əlavə dəyər 15,8 %, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 13,1 %, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3 %, sənayedə 2,9 %, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,8 %, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,5 %, digər xidmət sahələrində 1,8 % artıb, tikintidə isə 11,2 % azalıb.

İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3 %, qeyri neft-qaz sektorunda isə 3,2 % artıb.

 

Bütün xəbərlər