Təhsil naziri fərdi təhsil üzrə tədris planını təsdiqləyib

15:26 - 15.07.2019


15 iyul, Fineko/abc.az. Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Təhsil nazirinin əmri ilə uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2019-2020-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilib.

Tədris planı üzrə dərslər həftədə 4 gün təşkil ediləcək. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur.

Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.

Bütün xəbərlər