İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi kotirovka sorğusu keçirir

15.07.2019,16:34


15 iyul, Fineko/abc.az. İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-İstehsalat bərpa emalatxanası "İçərişəhər" Neftçilər prospekti 103 ünvanında binanın yan fasad sütunlarının təmiri, Mirzə Şəfi küçəsi 8-18 ünvanında yerləşən meydançanın ətrafının təmiri və sahənin abadlaşdırılması işləri kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Elanda qeyd olunur ki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 17.07.2019 14:00 tarixinədək qəbul olunur.

Telefon : (99312) 437 30 49.

Ünvan: Bakı, M.Maqomayev küç. 28.