İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və İSİM arasında memorandum imzalandı

17:17 - 15.07.2019


15 iyul, Fineko/abc.az. İyulun 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında Anlaşma Memorandumunun imzalanıb.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat verir.

Qeyd edilir ki, tərəflər arasında imzalanan memorandum 2020-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində istifadə ediləcək tibbi qayda, təlimat və standart əməliyyat prosedurlarının hazırlanması ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə fəaliyyəti nəzərdə tutur.

Sənədlərin hazırlanmasında müvafiq sahələr üzrə aidiyyəti mütəxəssislərin iştirakları planlaşdırılıb.

Bütün xəbərlər