MİDA tərəfindən növbəti mənzil seçimi baş tutub

11:28 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliydən verilən məlumata görə, 12.07.2019-cu il tarixində agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin binalarında 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi başa çatmışdır.

Qeyd edilir ki, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşların sayı 11518 nəfər, 253 mənzilin seçimində iştirak edənlərin sayı 1906 nəfər olmuşdur.

14 iyul 2019-cu il tarixində isə gözləmə qaydasında iştirak edən 663 istifadəçidən  435-i mənzil seçimi başa çatıb. Gözləmə qaydasında mənzillərin seçimi 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcəkdir.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində qalan 827 mənzil bu ilin sonunadək həm güzəştli ipoteka krediti, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışa çıxarılacaq və bu barədə elan veriləcək.

Bütün xəbərlər