Bu ilin birinci yarısında AtaBankın cəmi aktivləri 571 mln. manatdan çox olub

11:30 - 16.07.2019


16 iyul, Fineko/abc.az. 30 iyun 2019-cu il tarixində “AtaBank” 571 milyon 239 min manat cəmi aktivlərə malik olub.

Bu statistik rəqəmlər bankın 2019-cu ilin 1-ci yarısı üçün açıqladığıl hesabatında qeyd olunub.

Hesabata əsasən,  bank 428 milyon 590 min manat cəmi öhdəliklərə və 142 milyon 649 min manat cəmi balans kapitalına malik olub. Bu statistik rəqəmlər bankın 2019-cu ilin 1-ci yarısı üçün açıqladığıl hesabatında qeyd olunub.

Qeyd edək ki, bank 30 iyun 2018-ci il tarixində 603 milyon 176 min manat cəmi aktivlərə, 458 milyon 512 min manat cəmi öhdəliklərə və 144 milyon 664 min manat cəmi balans kapitalına malik idi.

31 Dekabr 2018-ci il tarixində isə "AtaBank" 581 milyon 110 min manat cəmi aktivlərə, 438 milyon 580 min manat cəmi öhdəliklərə və 144 milyon 452 min manat cəmi balans kapitalına malik idi.

 

Bütün xəbərlər