Bu il meyvə-tərəvəz ixracı artıb

14:56 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumatda qeyd edilir ki, bu ilin yanvar-iyun aylarında ölkədən 325 min 60 ton meyvə-tərəvəz ixrac edilib.

Bildirilir ki, hesabat dövründə ixrac edilən meyvə-tərəvəzin dəyəri isə 318 milyon 370 min dollar olub.

Xatırladaq ki, ötən ilin 6 ayında Azərbaycandan 276 milyon 701 min dollarlıq 299 min 677 ton meyvə-tərəvəz ixrac edilmişdi.

 

Bütün xəbərlər