Bank sektoruna 1,8 milyard manat kapital inyeksiyası edilib

15:52 - 16.07.2019


16 iyul, Fineko/abc.az.  Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən ənənəvi qaydada təşkil olunan "AHK Impuls" görüşündə MBNP-nin nümayəndə heyəti iştirak edib.

Bu barədə MBNP-nin məlumatında deyilir.

Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ötən müddət ərzində bütövlükdə bank sektoruna 1,8 milyard manat kapital inyeksiyası edildiyi, sektorun kapital adekvatlığı göstəricisi 24,2 % təşkil etməklə, minimum kapital tələbini 2,4 dəfə üstələdiyini diqqətə çatdırıb.

Həmçinin fiziki şəxslərin problemli kreditlərinin həllinin icrası barədə məlumat verilərək bildirilib ki, mayın 31-nə kompensasiya hesablanmış vətəndaşların 95,5 %-nə ümumilikdə 600,1 milyon manat həcmində ödənişlər edilib. Bu da cəmi ayrılmış məbləğin 91,4 %-ni təşkil edir.

Bütün xəbərlər