Azərsu Biləsuvarda 5 qəsəbə üçün çəkilən magistral su kəmərinin inşasını tamamalayır

16:14 - 16.07.2019


16 iyul, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması üçün magistral su kəməri çəkilir.

“Azərsu” ASC-dən verilən məlumata görə, magistral kəmərin inşası iyul ayında başa çatdırılacaq və mövcud şəbəkəyə birləşmələr veriləcək. 

Ümumilikdə yeni layihənin icrasından 5 qəsəbədə yaşayan 7 min məcburi köçkün faydalanacaq.

Qeyd edək ki, 4500-dək ailənin yaşadığı və 11 qəsəbədən ibarət Cəbrayıl məcburi köçkün şəhərciyində içməli su layihəsi mərhələlərlə həyata keçirilir. 2011-ci ildə icra olunmuş layihə 6 qəsəbəni əhatə edib. Növbəti mərhələdə 11 qəsəbədə bütün evlər sayğacla təmin olunub.

 

Bütün xəbərlər