Bu il ölkəyə idxal edilən avtomobillərin sayı 18 mini keçib

16:40 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycana idxal edilən avtomobillərin sayı 18 min 740 olub.

Bildirilir ki, ölkəyə gətirilən avtomobillərin 101-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 16 min 965-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitələri, 1593-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 81-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Bütün xəbərlər