Mikayıl Cabbarov İsrailin Vergi Orqanının baş direktoru ilə görüşüb

16:59 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Vergilər naziri Mikayıl Cabbarov İsrailin Vergi Orqanının baş direktoru Eran Yaakovla görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə qonağa Azərbaycanın vergi sistemində aparılan islahatlar barədə məlumat verilib, ölkələrin vergi qurumları arasında ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

E.Yaakov nazirliyin Çağrı mərkəzində olub, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin fəaliyyəti və kommersiya hüquqi şəxslərin “Bir Pəncərə” qeydiyyat sisteminin iş prinsipi ilə də tanış olub.

Bütün xəbərlər